Misli Premyer Liqasının XXXIV turunda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir. Bu gün "Azersun Arena"nın ehtiyat meydanında məşq edən komandamız isinmə hərəkətlərinin ardından baş məşqçinin tapşırıqlarını yerinə yetirib. Zədəli futbolçulardan Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlə kifayətlənib. 
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu mayın 11-də, saat 20:00-da, Azersun Arenada keçiriləcək.